SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Kənan Vəlixanov ilk tituluna yaxınlaşır

“FİDE ALBUM” adlanan məlumat bazası, geniş məzmunlu şahmat məsələ və etüdlərini əbədiləşdirmək üçün, onları bir araya toplayır.


Ənənəsi ötən əsrin əvvələrində qoyulan bu “FİDE ALBUM” adlı nəşr, toplanan materialları albom şəkilində çap olunmaqdan ibarət idi. 1914-cü ildə şahmat bəstəçiləri tərəfindən reallaşan bu idea bu gün də uğurla davam edir. 

İlk vaxtlar ideya müəllifləri, 30 il müddətində (1914-1944) müxtəlif qəzet və jurnallarda dərc edilmiş və turnirlərdə təltif edilmiş şahmat kompozisiyaları 3 cildən ibarət albomlarda çap edirdi. Daha sonra bu müddət 10 ilə, 1956-ci ildən başlayaraq isə hər 3 ildən bir “FİDE ALBUM” müsbaiqələri keçirilməyə başlayıb.

Sevindirici haldır ki, bu müsabiqələrdə Azərbaycan da təmsil olunur. Şahmat üzrə Beynəlxalq dərəcəli hakim olan, bəstəçi Kənan Vəlixanov 2012-ci ildən başlayaraq bu müsabiqələrin daimi iştirakçılarındadır. Şahmat bəstəçiləri, alboma daxil edilən məsələ və etüdlərin sayına uyğun olaraq, bal toplayır və beynalxalq titullar qazanırlar. 2013-2015-ci llərdə 2, 2016-2018 – ci illərdə isə 8 kompozisiyası “FİDE ALBUM”-a daxil edilən Kənan Vəlixanovun hal hazırda 10 balı var. 

Bəstəçilər FM titulunu almaq üçün 12, İM titulu üçün 25, GM üçün isə 75 bal toplamalıdır. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss