SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Teymur özünə gəldi!

Azərbaycanın ən güclü şahmatçılarından bir hesab olunan, 2019-cu ildə Dünya Kubokunun qalibi Teymur Rəcəbov, “Skillinq Open” onlayn şahmat turnirində çıxışına davam edir.


 Chess.az xəbər verir ki, dünya çempionu Maqnus Karlsenin təşəbbüsü ilə təşkil olunan “Champions Chess Tour” seriyasının ilk turniri olan “Skillinq Open”-də 16 şahmatçı mübarizə aparır. Təəsüf ki, ilk beş turda inamsız təsir bağışlayan Rəcəbov, bu oyunlardan aktivində cəmi 1.5 xalı yazdıra bilmişdir. 

 Dünən isə Rəcəbov özünə gələrək turnirdə mğhtəşəm oyun sərgilədi. Əvvəlcə Teymur vunderkind Əlirza Firuzcanı, ardınca isə prinsipial qarşılaşmada erməni şahmatçı Levon Aronyanı məğlub etməyi bacardı. Erməni şahmatçı üzərində qazanılan möhtəşəm qələbədən ruhlana Rəcəbov növbəti rəqibi olan polşalı Yan-Kşıştof Dudanı da rahatlıqla məğlub etdi. Teymuru yalnız 9-cu turda dayandıran tapıldı. Ötən il Dünya Kubokunun finalında Rəcəbovun rəqibi olmuş çinli Dinq Liren təmsilçimiz üzərində qələbə qazanaraq onun qələbə seriyasına son qoydu. Günün son qarşılaşçasında isə Rəcəbov niderlandlı Aniş Giri ilə bərabərə qaldı. 

 Bu gün də Teymur günə uğurlu başlayıb. İlk oyunda Rəcəbov rusiyalı rəqibi Sergey Karyakini məğlub edərək xallarının sayının 6-yə çatdırdı. Daha sonra Teymur ABŞ təmsilçisi Hikaru Nakamura ilə heç-heçə edib. Beləliklə 12 turdan sonra Teymur Rəcəbov 6.5 xalla turnir cədvəlinin 6-10-cu yerləri bölüşdürür. Oyunlar davam edir.

CANLI YAYIM


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss