SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Chess.az 3 yaşında!

   Əziz və dəyərli oxucu ,
   Düz üç il bundan öncə, 2017-ci ilin dekabrın 11-də, Chess.az saytı fəaliyyətə başlamışdı.

   Sevindiri haldır ki, üç yaşımızı ordumuzun Zəfər Paradaından bir gün sonra qeyd edirik. Fürsətdən istifadə edib bütün Azərbaycan xalqını Vətən müharibəsində qazanılan möhtəşəm qələbə münasibətilə təbrik edirik. Müharibədə şəhid olan əsgərlərimizi və erməni terrorunun qurbanı olmuş dinc vətəndaşlarımıza Allahdan rəhmət diləyirik, yaralılara isə şəfa diləyirik.
   Ches.az bu müddət ərzində biz ölkədə kifayət qədər oxunan və şahmat ictimaiəti tərəfindən tanınan sayta çevrilə bildik. Daha bir önəmli məqam isə bizim bu inkişafa öz daxili imkanlarımız hesabına həyata keçiririk. Bu isə bizə tam müstəqil fəaliyyət göstərməyə imkanını yaradır. 
    Biz artıq üç ildir ki, ölkədə şahmatın daha geniş təbliğ olunması üçün işlər görürük. 
    Onu da qeyd edək ki, Chess.az müəyyən mənada Azərbaycan Şahmat Federasiyasına dəstək də olur. Federasiyaya işi düşən, sualı olan, veriliş hazırlamaq üçün şahmatçı və ya mütəxəssis axtaran ilk olaraq bizə müraciət edir. Buna səbəb isə bizim şahmatçılar və azarkeşlər üçün daha əlçatan olmağımızdı. 
Biz də öz növbəmizdə müraciət edən hər kəsə əlimizdən gələn köməyi edirik. Təki şahmatımız qazansın!  
   Azərbaycanda şahmat idman növü günü-gündən daha da populyarlaşır və biz bu idman növünü azarkeşlər üçün maksimum əlçatan etməyə çalışırıq. 
   Şahmatçılarımızın müxtəlif yarışlarda çıxışlarını, onlara aid ən son xəbərləri, beynəlxalq və yerli arenalarda baş verən ən mühüm hadisələri oxucularımıza maksimum şəkildə çatdırmağa çalışırıq. Biz hamıya maksimum dərəcədə kömək etməyə çalışdıq və bundan sonra da köməyimizi əsirgəməyəcəyik. 
   Bəzən saytımızda operativlik çatışmasa da, biz yenə də çalışırıq. Çalışırıq ki, şahmat həvəskarlarımızı maksimum məlumatlandıraq.  Geridə qoyduğumuz üç il ərzində saytımızda əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirməyi də özümə borc bilirəm. 


   Saytımızın dizaynı ilə məşğul olan əməkdaşımız Həsənli Heydər, Chess.az saytının texniki dayağı, görən gözü olan texniki direktorumuz  Anar İbrahimov, redaktorumuz  Aidə İsaq, və bir müddət bizimlə əməkdaşlıq etmiş Rəşad Məmmədədə -çox sağolun demək istəyirəm! 

   

Hörmətlə, Chess.az saytının rəhbəri Emil Əliyarlı
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss