SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Həlledici matç: Rəcəbov Aronyana qarşı (CANLI YAYIM)

Bu gün “Airthings Masters” onlayn şahmat turnirinin həlledici, final qarşılaşmasının ikinci matçı keçiriləcək. 

 Xatırladaq ki, dünən keçirilən və bütün dünya şahmat ictimaiətinin böyük maraqla izlədiyi Rəcəbov-Aronyan finalının birinci matçı həmyerlimizin parlaq qələbəsi ilə nəticələndi. 
 2.5:1.5 hesabı ilə qalib gələn Rəcəbova yarışın ümumi qalibi olması üçün, bu gün keçiriləcək ikinci matçda heç-heçə də kifayət edəcək. Aronyan üçün əksinə. Qarşılaşmanı tay-brekə daşımaq üçün erməni mütləq qalib gəlməlidir. Qeyd edək ki, yarışın qalibi "Champion Chess Tour" seriyasının ümumi hesabı üçün vacib olan xallar qazanmaqla yanaşı, turnirin əsas mükafatı olan 60 000 ABŞ dollar məbləğində mükafatın sahibi olacaq.
  2020-ci ilin sentyabrın 27-də başlayan və Azərbaycan Ordusunu Şanlı qələbəsi ilə nəticələnən İkinci Qarabağ müharibəsindən sonra, Rəcəbov-Aronyan adlı final artıq adi bir şahmat matçı olmadığı heç kimə sirr deyil. Matçdan öncə, bir çox şahmat mütəxəssisin bu qarşılaşmaya siyasi don geyindirməsi bu qarşılaşmanı daha prinsipial etməklə yanaşı hər iki şahmatçıya ciddi psixolojı təsir göstərərir. Teymurun dünün qazandıqı qələbə onun psixolji durumunun ermənidən daha yaxşı olduğunu göstərdi. 
  Qeyd edək ki, ordumuzun zəfəri ilə başa çatmış müharibədən sonra, bu qarşılaşma Azərbaycan Ermənistan idmançıları arasında üçüncü qarşıdurma olacaq. Maraqlısı odur ki, indiyə qədər baş tutan hər iki qarşıdurma da məhz Rəcəbovla Aronyan arasında olmuşdur. Noyabrın 23-də "Skilling Open" onlayn turnirdə həmyerlimizi erməni rəqibini məğlub etmişdir. Digər qarşılaşma isə dekabrın 30-da, məhz bu turnirin qrup mərhələsi çərçivəsində baş tutmuşdu. Həmin qarşılaşmada qalib müəynləşməmişdir. 

 Həlledici matç bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
 Chess.az saytı olaraq, biz özümüz və bütün Azərbaycan xalqının adından Teymur Rəcəbova uğurlar arzu edirik. 
Qələbə sənin olsun Teymur! 

3 YANVAR. 18:00: CANLI YAYIM (2-ci matç) -İNGİLİS DİLİNDƏ
3 YANVAR. 18:00: CANLI YAYIM (2-ci matç) -TÜRK DİLİNDƏ
3 YANVAR. 18:00: CANLI YAYIM (2-ci matç) -RUS DİLİNDƏ

FİNAL

Teymur Rəcəbov (Azərbaycan)-Levon Aronyan (Ermənistan) 2:5:1:5 (-:-)

1/2final mərhələsi  (ikinci oyun)
Teymur Rəcəbov (Azərbaycan) - Daniil Dubov (Rusiya) 2:0
Maksim Vaşye-Laqraf (Fransa) Levon Aronyan (Ermənistan) 1:2


1/2final mərhələsi  (ilk oyun)
Daniil Dubov (Rusiya)-Teymur Rəcəbov (Azərbaycan)  1:3
Levon Aronyan (Ermənistan)-Maksim Vaşye-Laqraf (Fransa) 3:1


1/4 final mərhələsi 
Maqnus Karlsen (Norveç)-Daniil Dubov (Rusiya) 0.5:2.5
Maksim Vaşye-Laqraf (Fransa)-Vesli So (ABŞ) 3.5:3.5
Hikaru Nakamura (ABŞ)-Levon Aronyan (Ermənistan) 0:2
Yan Nepomnyaşiy (Rusiya)-Teymur Rəcəbov (Azərbaycan) 3.5:3.5скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss