SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FİDE-də yeni təyinat. Keçmiş nazir İcraçı direktor oldu

Ali şahmat qurumunda yeni təyinat olub. Qurumun rəsmi saytının verdiyi məlumata görə, Dana Reyzniyetse-Ozola FİDE-də yeni təsis olunana İcraçı direktor postuna təyin edilib. 

 Chess.az xəbər verir ki, Dana Reyzniyetse-Ozola FİDE-nin bir çox vacib istiqaməti üzrə cavabdeh şəxs olacaq. Reyzniyetse-Ozola FİDE-nin inzibati, maliyyə, şahmatın tədris olunması, digər Beynəlxalq qurumlarla əlaqələrin qurulması və saxlanması ilə bərabər, Ali şahmat qurumunun bir çox komissiyasının fəaliyyətinə də nəzarət edəcək.

 Qeyd edək ki, 39 yaşlı milliyətçə latış olan Dana Reyzniyetse-Ozola, qadınlar arasında Beynəlxalq qrossmeysterdir (WGM). O 19981999-cu illrdə 18 yaşadək qadınlar arasında Avropa Çempionu olmuşdur. Bundan əlavə Dana Reyzniyetse-Ozola dörd qat Latviya çempionudur və Latviya yığmasının heyyətində səkkiz Şahmat Olimpiadasının və beş Avropa Çempionatının iştirakçısıdır. Şahmatla bərabər Reyzniyetse-Ozola aktiv siyasətlə də məşğul olub. Dana Reyzniyetse-Ozola 2014-2016-cı illərdə Latviyanın İqtisadiyyat naziri, 2016-2019-cu illərdə isə Latviyanın Maliyyə naziri postlarını tutub.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss