SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

GCT 2021:Karlsən və Nakamuranın əvəzinə Şəhriyar və Teymur oynayacaq

Azərbaycan şahmatçılarının da qatılacağı “Grand Chess Tour“ seriyasında iştirak edəcək bütün şahmatçıların adı müəyyənləşib.
Chess.az xəbər verir ki, həmyerlilərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak edəcəyi seriyada, ümumilikdə 10 şahmatçı iştirak edəcək.Belə ki, şahmatçılarımızla yanaşı, yarışda Maksim Vaşye-Laqrav (Fransa), Liren Dinq (Çin), Fabiano Karuana, Uesli So (ABŞ), Yan Nepomnyaşi, Aleksandr Qrişuk (Rusiya), Aniş Giri (Niderland) və Levon Aronyan (Ermənistan) iştirak edəcəklər. Yarışa COVID-19 pandemiyası səbəbindən ləğv edilən “Grand Chess Tour 2020” turnirinə vəsiqə qazanmış şahmatçılar dəvət alıblar. Onlardan hazırkı dünya çempionu norveçli Maqnus Karlsen və amerikalı Hikaru Nakamura yarışda iştirak etməkdən imtina ediblər. Onların yerinə turnirə şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov dəvət alıblar. Seriya çərçivəsində 5 turnir keçiriləcək. Belə ki, iyun ayında təşkil ediləcək (iyunun 3-15-də) birinci turnirə Buxarest, ikinci yarışa (iyunun 16-23-də) Paris ev sahibliyi edəcək. Üçüncü turnir iyulun 5-12-də Zaqrebdə keçiriləcək. Sonuncu iki yarış ABŞ-ın Sent-Luis və Missuri şəhərlərində avqustun 9-16-da və 16-28-də baş tutacaq. Turnirin mükafat fondu 1 milyon 275 min dollar təşkil edir.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss