SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FİDE-nin qərarına ekspert rəyləri (SORĞU)

FİDE-nin xüsusi məkanlarda keçirilən onlayn yarışlarda ELO reytinqinin hesablanması mümkün olması ilə bağlı məlum qərarından sonra, biz Chess.az saytı olaraq ölkədə fəaliyyət göstərən bir neçə aparıcı şahmat klublarının rəhbərləri ilə bu qərar haqqında sorğu keçrməyə qərara aldıq.

Nicat Məmmədov
Qrossmeyster. Beynəlxalq dərəcəli məşqçi. "Grandmaster" Şahmat klubunun baş məşqçisi: 


-"Bu qərara etirazım olmasa da, fikrimcə onlayn şahmatı canlı reytinqlə hesablamaq o qədər də düzgün deyil. Hər halda 2D formatında olan löhvə başqa, canlı şahmat isə tamamilə başqa şeylərdir. Həmçinin hakimlərin də belə yarışlara nəzarət etməsi çox çətin olacaq"   

Rəsul İbrahimov
Qrossmeyster. Əməkdar məşqçi:


-"Yaxşı təşəbbüsdür. Amma düşünürəm ki, nə qədər çalışsalar da, tam şəffaflığa nail olmaq mümkün olmayacaq"

Raul Quliyev
"Təhsil" Respublika İdman Mərkəzinin baş məşqçisi:


-"Məktəblər və klublar açılandan sonra, niyə də yox. Şahmatı öldürməyəcəyik ki? Reytinqin hesablanması da müsbət haldır. Amma bir daha təkrar edirəm, bunların hamısı məktəblər açılandan sonra mümkün olacaq"   

Fidan Talıbova
"İdea" Şahmat Klubunun direktoru:


-"İnşallah pandemiya tezliklə bitsin və bu qərardan istifadə etmək heç lazım olmasın"
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss