Beynəlxalq Şahmat Federasiyası qadınlar arasında İddiaçılar turnirinin püşkatma mərasimini keçirib.
Chess.az xəbər verir ki, dünən Moskavada mayın 29-dan iyunun 19-dək Rusiyanın Kazan şəhərində keçiriləcək qadınlar arasında Dünya Çempionu adı uğrunda İddiaçılar Turnirinin püşkatma mərasimi keçirildi. Püşkatmanı FİDE prezidenti Arkadiy Dvorkoviç və vitse-prezident Yudit Polqar keçiriblər. Qeyd edək ki. İddiaçlılar turnirində 8 şahmatçı mübarizə aparacaq. Bunlar ,rusiyalılar Yekaterina Laqno, AleksandraKostenyuk,Valentina Qunina və Aleksandra Qoryaçkina, ukraynalılar Anna və Mariya Muzıçyuk bacıları, gürcü Nana Dzaqnidze və çinli Tan Zonqyi. İki dövriyəli keçiriləcək yarışın qalibi ,bu ilin sonunda Dünya Çempionu Yu Venyunla final oynamaq hüququnu qazanacaq.
© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.