Qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Rauf Məmmədov final matçını izlədilər.
Chess.az xəbər verir ki, dünən paytaxtımızda keçirilən futbol üzrə Avropa Liqasının final matçına şahmatçılarımız da biganə qalmayıblar. "Çelsi"-"Arsenal" qarşılaşmasının izləyənlər arasında yığma komandamızın üzvləri olan Şəhriyar Məmmədyarov və Rauf Məmmədov da var idilər. Maraqlısı odur ki,"Mançester Yunayted"-in fanatı kimi tanınan Rauf Məmmədov,dünənki matça "Arsenal"-ın forması ilə gəlmişdir. Şəhriyar Məmmədyarov isə azarkeşi olduğu "Barselona"-nın forması ilə matçı izlədilər. Qeyd edək ki,Avroliqanın final qarşılaşması "Çelsi"-nin 4:1 hesablı qələbəsi ilə nəticələndi.
© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur