SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

RAUF MƏMMƏDOV KARLSENƏ ÇATMAĞI HƏDƏFLƏYİR !

Şahmat üzrə Azərbaycan yığmsının üzvü, qrossmeyster Rauf Məmmədov, sosial şəbəkələrdə etdiyi paylaşımla diqqət mərkəzinə düşüb. 

Chess.az xəbər verir ki, ötən il ərzində göstərdiyi möhtəşəm performansı sayəsində hətta 2700-lər klubuna girməyi bacaran Məmmədov, yığmamızın digər üzvləri kimi bu ilin əvvəlindən karyerasında eniş yaşayır. Hazırda 2646 ELO xalına malik olan Məmmədov Twitter hesabında maraqlı paylaşım edib və bu paylaşımı onun yaxşı əhval ruhiyədə olduğunu göstərir. 

Rauf Məmmədov : “Maqnusdan cəmi 231 xal geridəyəm, sabahdan ağır çalışmalara başalyıram” .Rauf etdiyi paylaşımın sonunda gülüş işarəsini qoysa da, hər halda şahmatçımızın yarı zarafat olsa belə bir hədəfin olması sevindiricidir. Qeyd edək ki, Maqnus Karlsen hazırda 2877 reytinqinə malikdi və Dünyanın “1 Nömrəsi” ünvanını özündə saxlayır.


 







© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss