SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FİDE REYTİNQ CƏDVƏLİNİ AÇIQLADI !

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2019-cu ilin avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.

Chess.az xəbər verir ki, dünya reytinq sıralamasına əvvəlki kimi norveçli Dünya çempionu Maqnus Karlsen başçılıq edir (2882). 2900 ELO xalı həddinə yaxınlaşan Karlsenin ən yaxın izləyicisi, onnan 64 punkt ! geri qalan amerikalı şahmatçı Fabiano Karuanadı. İlk üçlüyü aktivində 2805 xalı olan çinli Dinq Liren tamamlayır. TOP 100-ə daxil olan həmyerlilərimizdən Şəhriyar Məmmədyarov 2764 xalla 9-cu, Teymur Rəcəbov 2758 xalla 12-ci, Arkadiy Naydiç  2675 xalla 62-ci, Qədir Hüseynov isə 2654 xalla 100-cü pillələrdə qərarlaşıblar. 

Qadınların reytinq cədvəlinə 2659 xalla çinli Xu Yifan başçılıq edir. İkinci yerin sahibi Xunun həmyerlisi ,qadınlar arasında hazırki Dünya Çempionu Ju Venyun, üçüncü yerin sahibi isə rusiyalı şahmatçı Aleksandra Qoryaçkinadır. Qadınlar arasında TOP-100 ədaxil olan şahmatçılarımız Günay Məmmədzadə 2425 xalla 45-ci ,Xanım Balacayeva isə 2367 xalla 97-ci pillələrdə qərarlaşıblar. 


TOP 100 (KİŞİLƏR)

TOP 100 (QADINLAR) 


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss