"Baku Open 2019" şahmat festivalının keçiriləcəyi tarixlər məlum oldu.
Chess.az xəbər verir ki , Azərbaycan Şahmat Federasiyası , Gənclər və İdman nazirliyi ilə birgə təşkil etdiyi ənənəvi beynəlxalq şahmat festivalının keçiriləcəyi tarixlər və məkanların adı məlum olub. Belə ki , "Baku Open"-in əsas turniri sayılan "Open" qrupunun oyunları Novxanı qəsəbəsində yerləşən "Sprinq" oteldə keçiriləcək. "Open" yarışı 20-28 sentyabr tarixlərində keçiriləcək. Uşqarlar arasında turnir isə(U-10) , sentyabrın 5-dən 13-dək Respublika Şahmat Mərkəzində baş tutacaq. Qeyd edək ki ,yarışın ümumi mükafat fondu 14 000 ABŞ dolları təşkil edir. Qeydiyat üçün son tarix 1`0 sentyabr 2019-cu il.
© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.