SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

TÜRKLƏR BİZİ ERMƏNİYƏ GÖRƏ PİS VƏZİYYƏTƏ SALIB (SİVASDA NƏ BAŞ VERİB?)

Sivasda başa çatmış Beynəlxalq şahmat turnirindən sonra ,şahmat dünyasının gündəmini Azərbaycanın da adı hallandığı qalmaqal zəbt edib. 

Chess.az xəbər verir ki ,avqustun 19-dan 24-dək Türkiyənin Sivas şəhərində keçirilən "Sivas Buruciye Open" beynəlxalq şahmat turniri öncəsi qalmaqal yaşanıb. Təəsüf ki ,qalmaqalda Azərbaycan şahmatçıların adı hallanıb. 

Bəs Sivasda həqiqətən nə baş verib?

Belə ki, erməni qadın şahmatçı Mariya Qevorkyan avqustun 7-də Sivas turnuirinə rəsmi dəvət alıb. Təşkilatçıların təqdim etdiyi şərtlərlə tanış olan Qevorkyan ,turnirə qatılmaq barədə razılıq verib.

Avqusutun 8-də isə ,turnir təşkilatçılarında biri olan Mustafa Eroğlu Qevorkyanla əlaqə saxlayaraq turnirə qatıla bilməyəcəyini bildirib. Mariya Qevorkyan isə ,imtinaya etiraz edərək təşkilatçıdan səbəbini soruşub.Onlar da ona cavab olaraq azərbaycanlı şahmatçılarının onalar ultimatum irəli sürdüyünü bildirib. Ultimatumda da Qevorkyanın turnirdə iştirak edəcəyi təqdirdə komanda olaraq turnirə qatılmayacaqlarını bildirməsi olub. Bu cavabdan sonra Mariya Qevorkyan Sivas turniri ilə bağlı FİDE-yə rəsmi şikayət edib. Şikayət hətta FİDE rəsmi saytında da yer alıb. Düzdür ,Ali şahmat qurumunun rəsmi səhifəsində Azərbaycanın adı çəkilməsə də ,Qevorkyanın ünvanladığı şikayətdə Azərbaycan komandası idfadəsi bir neçə dəfə işlədilib. Belə bir məsələ nədən qaynaqlana bilər? 

Birinicisi , bu turnir hər hansı bir komanda yarışı deyil ki ,Azərbaycan komanda olaraq yarışdan imtina etsin. Bu turnir adi Open turniridir. Azərbaycandan gəlmiş şahmatçılar da hərəsi öz hesabına gələrək beynəlxalq reytinq və təcrübələrinin artırmaq məqsədi ilə sözügedən turnirdə iştirak ediblər. Şahmatçılarımız bu turnirə müxtəlif yaş qrupları, "A" və "B" qruplarında mübarizə aparıblar. Yani komanda yarışı olmadığından Azərbaycan komanda olaraq yarışdan imtinası mümkün deyil. 

İkincisi ,indiyə qədər Azərbaycan və Ermənistan şahmatçıları müxtəlif yarışlarda yüzlərcə,bəlkə də minlərcə dəfə bir birinə qarşı oynayıblar və indiyədək belə bir insident yaşamamışdı. Bu barədə hətta Mariya Qevorkyan özü də öz açıqlamasında bildirib :"Bilmirəm nə baş verib. Tanıdığım azərbaycanlı şahmatçılarla peşəkar münasibətlərim var. Biz çoxlu oyun oynamışıq ,partiyalardan sonra bir birimizin əlini sıxmışıq. Dostlarımın çoxlu azərbaycanlı dostları var. Heç vaxt problem yaşamamamışıq".

Deməli aydın görünür ki ,məsələ heç də şahmatçılarımızla bağlı bir məsələ deyil. 

Bundan əlavə ,FİDE turnir təşkilatçılarından Azərbaycan şahmatçılarının ultimatumu bildirən rəsmi sənədi tələb edib. Qaydalara görə ,Beynəlxalqyarışlarda istənilən məsələ yazılı şəkildə təşkilatçılara bildirilmədir. Lakin təşkilatçılar belə bir sənədi FİDE-yə təqdim edə bilməybilər. Bu da ,belə bir sənədin ümumiyyətlə olmaması ilə əlaqədardır. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, türklər əvvəlcə erməni şahmatçını turnirə dəvət edib ,sonradan isə onu dəvət etmək fikirindən daşınıblar. Bunu normal şəkildə qevorkyana izah edə bilməyənə təşkilatçılar şahmatçılarımızın adından istifadə etmək qərarına gəliblər.Məsəlinin ciddiləşdiyini görən təşkilatçılar hətta belə bir imtina məktubunu hazırlayıb şahmatçılarımıza imzalatdırmağa cəhd ediblər ,lakin bizim şahmatçılar bunun bir təxtribat olduğunu anlayıb imza atmaqdan imtian ediblər. Aydın görünür ki , təşkilatçılar erməni şahmatçını "azdırmaq" üçün ,Azərbaycanın adından istifadə edbilər və özlərini çox pis duruma düşürüşblər. FİDE-nin Etik komisiyası məsələ ilə bağlı araşdırmalara başlayıb. 


© Materiallardan istifadə edərkən istinad etməyiniz xahiş olunur.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss