SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Kuka adasından Maorilər Avstraliyanı şoka saldılar

  Yeni Zelandiyaya aid Kuka adalarını təmsil edən maorili şahmatçılar Avstraliya qitəsində özlərindən söz etdirməyi bacardılar. 

    Gələn ay Avstraliyanın Melburn şəhərində keçiriləcək Okeaniya Çempionatına vəsiqə qazanan bir ailənin üç uşağı 11 yaşlı Teylea  və onun qardaşları ,10 yaşlı Hanter və 8 yaşlı Qreyson Poe-Tofaenolar belə uğura imza atmış ilk Maorilər oldu.

Maorilər - əsasən Yeni Zelandiya və Avstraliyada yaşayan millətdir. Onlar burada yerli əhali sayılır. Avropalıların Okeaniyaya gəlişində əvvəl burada yaşayan çoxsaylı xalqlarda biri olublar. Maorilərin sıx yaşadığı yer məhz Yeni Zelaniyaya aid Kuka adasıdır. Çoxsu əkin və kənd təsərüfatı ilə məşğul olduqlarından maorilərin böyük əksəriyyəti savadsızdır. 

   Daha bir maraqlı fakt ondan ibarətdir ki ,Poe-Tofaenolar şahmatla cəmi bir ildir məşğul olmalarıdır. Komanda şəkilində çıxış edən maorilər , əvvəlcə Kuka adasından seçilib Hillsboro divizionuna düşüblər ,oradan Yeni Zelandiyanın məktəblilər arasında ölkə çempionatına çıxdılar və sürpriz şəkildə çempionatın qalibi oldular. Məhz bu qələbə onlara qitə birinciliyində oynamaq hüququnu verdi. 

  Yeni Zelandiyalı jurnalist Pol Makdonaldz Poe-Tofaenolar haqda bunları dedi :"Bu üçlük şahmatda bütün sədlər və stereotipləri aşmağı bacardı.Mən ilk dəfə bunlar haqda eşidəndə xeyli təcüblənmişdim. Sonra onları izləməyə başladım və onların inanılmaz surətli inkişaf etmələrinin şahidi oldum. Şahmat taxtası arxasınsa bir maorini görmək çox sevindiricidir".

      Yeni Zelandiyalı şahmatçı Ueyn Maqduqal isə üçlük haqqında bunları söylədi :"Yaxşı şahmat oynayan maori görmək nadir hadisədir. Bu məni çox sevindirir. Bu üç uşaq hədddindən artıq istedadlıdırlar.Əminəm ki ,onlar öz millətini və mədəniyyətini  ən gözəl şəkildə təmsil etməyi bacaracaqlar".

    Qəhrəmanlardan biri 11 yaşlı Teylea Poe-Tofaenolar öz uğurları barədə bunları dedi :"Biz buralara qədər gəlib çıxdığımıza görə fəxr edirik. Biz çoxlu məşq edirdik ki ,çempionatda qalib gələ bilək. Əminəm ki ,bizim uğurlarımız bununla bitməyəcək"

    Kuka adasında fəaliyyət göstərən bir neçə yerli və xarici şirkət Poe-Tofaenolar daha çox yarışda iştirak etmələri üçün fondyaradıblar və ora lazım olan vəsaitin toplanması üçün köməklik göstərirlər. 


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss