SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Məmmədyarov eks-dünya çempionunu məğlub etdi!

VİDEOYAYIM
Çernoqoriyanın Ultsin şəhərində klublar arasında Avropa Çempionatı davam edir. 
      

Chess.az xəbər verir ki ,qitə birinciliyində "Vüqar Həşimov" və "Odlar Yurdu" komandaları ilə yanaşı bir neçə şahmatçımız digər klublarda legioner kimi çıxış edirlər. 
Dünən keçirilən 6-cı turun oyunları çərçivəsində Şimali Makedoniyanın "Alkaloid" klubunun heyyətində çıxış edən qrossmeysterimiz Şəhriyar Məmmədyarov eks-dünya çempionu olan ukraynalı Ruslan Ponomaryovu məğlub edib. Bu qələbə Şəhriyarın Avropa Çempionatında ardıcıl üçüncü qələbəsi oldu. Məmmədyarov yarışa 3-cü turda qoşulub . İlk oyunda ABŞ təmsilçisi Dominqes Pereslə  heç-heçə edən Məmmədyarov ,ondan sonra ardıcıl olaraq üç oyunda qlib gəlib. Onun şərəfini qoruduğu "Alkaloid" komandası isə ,altı turdan sonra 10 xalla turnir cədvəlinin ikinci pilləsində. 
       Bu gün "Vüqar Həşimov" komandası ilə qarşılaşcaq olan Avstriyanın "Raika Rapid" klubunda çıxış edən Nicat Abbasovun da işləri qaydasındadır kimi görsənir. Keçirdiyi altı oyunda dördünə qalib gələn və ikisini heç-heçə başa vuran Nicat ,son turda böyük ehtimalla Rauf Məmmədovla qarşılaşacaq. "Raika Rapid" klubu isə ,son turdan əvvəl 10-cu pilləsində qərarlaşıb. 
      Belçikanın "Echiquer Mosan" klubununu heyyətində çıxış edən Nərgiz Umudova üçün də ,çempionatı elə də pis keçmir. Nəzərə alsaq ki Nərgiz qadınların yox ,Open yarışında iştirak edir ,altı oyundan 3 qələbə 1 heç-heçə və 2 məğlubiyyət kifayət qədər uğurlu nəticə hesab oluna bilər. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss