SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Rəcəbovdan sonra Aronyan da İsrailə getməkdən imtina etdi.

Teymur Rəcəbovdan sonra daha bir şahmatçı “Grand Prix 2019” seriyasının dördüncü mərhələsində iştirak etməkdən imtina etdi.    
Chess.az xəbər verir ki ,bir neçə gün bundan əvvəl qrossmeysterimiz Teymur Rəcəbov dekabrın 10-dan 24-dək İsrailin Yerusalim şəhərində keçiriləcək “Grand Prix 2019” sonuncu mərhəlisndə iştirak etməkdən imtina etmişdi. Bu barədə FİDE-nin rəsmi internet səhifəsi məlunmat yaymışdı. Bu gün isə ,daha bir şahmatçının İsrailə getməyəcəyi haqqında məlumat yayılıb. Erməni şahmatçı Levon Aronyan Rəcəbov kimi səhhətində problem olduğunu əsas gətirərərk Yersusalimə getməyəcəyini açıqlayıb. FİDE tərəfindən  aparılmış araşdırma onun səhhətində həqqiətən də problemlərin olduğunu üzə çıxarıb və FİDE Aronyanın bu qərarına etiraz etmədi.Həm Rəcəbov həm Aronyanın əvəzinə turnirdə adları hələ ki ,açıqlanmayan başqa iki şahmatçı iştirak edəcək.
      Qeyd edək ki ,"Grand Prix 2019" seriyasının üç mərhələsindən sonra ,ümumi hesabda aktivində 20 balı olan  rusiyalı Aleksandr Qrişyuk liderlik edir.  Fransız Maksim Vaşye-Laqraf 13 xalla ikinci ,həmyerlimiz Şəhriyar Məmmədyarov 10 xalla üçüncü ,rusiyalı Yan Nepomnyaşiy isə 9 xalla dördüncü pillədə qərarlaşıblar. Aleksandr Qrişyuk 2020-ci ildə keçiriləcək İdidaçılar Turnirinə vəsiqəni demək olar ki ,təmin edib.  Qrişyuku yalnız bir variant İddiaçılar Turnirindən kənarda qoya bilər. İsraildə keçiriləcək mərhələdə fransalı Maksim Vaşye-Laqraf finala qədər tey-breksiz irəliləsə və ora onun kimi tey-breksiz irəliləyən  həmyerlimiz Şəhriyar Məmmədyarova uduzarsa ,o zaman Məmmədyarov və Vaşye-Laqraf Qrişyukyu ümumi hesabda arxada qoyur. Yerdə qalan bütün variantlarda Qrişyuk iki vəsiqədən birini özünə təmin etmiş olur. Şəhriyar Məmmədyarovun ikinci vəsiqəyə sahib çıxması üçün İsraildə ən azı finala çıxması gərəkir ,o da ki ,bir şərtlə o finalda nə Vaşye-Laqraf nə də ki ,Yan Nepomnyaşiy olmasa. Əgər onlardan biri finala qədər irəliləsə Şəhriyar mütləq şəkildə Yerusalim mərhələsinin qalibi olmalıdır.  

      скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss