SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

TEYMURUN AD GÜNÜDÜ !!!

Azərbaycanın tarixində  ən güclü şahmatçılarından biri hesab olunan beynəlxalq qrossmeytirimiz Teymur Rəcəbovun bu gün 31 yaşı tamam olur. 1987 ci ilin martın 12-də Bakıda dünyaya göz açan Teymur, 4 yaşında şahmatla məşqul olmağa başlamışdır. Teymurun cəmi  14 yaşı olanda o artıq  beynəlxalq qrossmeyster adına yiyələnmişdi.  16 yaşında Rəcəbov  Linaresdə keçirilən yarışda ,qara fiqurlarla əfsanəvi Qari Kasparovu məğlub edərək özündən bütün dünyada söz etdirməyə bacarmışdı. 2004-cü ildə Teymur Dünya Çempionu adı uğrunda keçirilən yarışda yarımfinala qədər irəliləmişdi və yarımfinalda o vaxt çox güclü olan inglis Maykl Adamsa məğlub olmuşdur. 2006-ci ildən etibarən Teymur Rəcəbov UNİSEF-in Azərbaycandakı xoşməramlı səfiri funksiyasını daşıyır. Hazırda Teymur 2748 xalla dünya reytinq cədvəlində 18-ci pilləsində qərarlaşıb. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss