SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Opera Euro Rapid": Rəcəbov mübarizəni davam etdirir (CANLI.YENİLƏNİR)

Bu gün “Champions Chess Tour” Onlayn şahmat seriyasının üçüncü turniri olan "Opera Euro Rapidə" yekun vurulacaq. 
 Təmsilçimiz Teymur Rəcəbov yarımfinalda ABŞ təmsilçisi Vesli Souya məğlub olduqdan sonra, mübarizəni  3-4-cü yer uğrunda qarşılaşmada davam etdirdi. Teymurun üçüncülük uğrunda matçdaki rəqibi isə, fransalı şahmatçı Maksim Vaşye-Laqrafdır. Dünən keçirilən ilk oyunda həmyerlimiz fransalı şahmatçısı üzərində 2.5:1.5 hesabı ilə qələbə qazandı. İndi Teymura turnirdə üçüncü yeri tutmaq üçün bu gün keçiriləcək ikinci oyunda heç-heçə də sərf edir. Turnirin finalında isə dünya çempionu Maqnus Karlsenlə amerikalı Vesli So qarşılaşırlar. Dünən keçirilən finalın ilk matçında qalib müəyyənləşmədi 2:2. 

Final və 3-cü yer uğrunda keçirilən matçların cavab qarşılaşmalarına bu gün Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. 
CANLI YAYIM:

Final (ikinci oyun):
Vesli So (ABŞ) - Maqnus Karlsen (Norveç)

3-4-cü yer uğrunda final (ikinci oyun):
Teymur Rəcəbov (Azərbaycan) - Maksim Vaşye-Laqraf (Fransa)


Final (ilk oyun):
Maqnus Karlsen (Norveç) - Vesli So (ABŞ) 2:2

3-4-cü yer uğrunda final (ilk oyun):
Maksim Vaşye-Laqraf (Fransa) - Teymur Rəcəbov (Azərbaycan) 1.5:2.5

1/2 final (ikinci oyun):
Teymur Rəcəbov (Azərbaycan)Vesli So (ABŞ) 1:2

1/2 final (ilk oyun):
Vesli So (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan) 2.5:1.5

1/4 final (ikinci oyun):
Teymur Rəcəbov (Azərbaycan) - Aniş Giri (Niderland) 1.5:0.5

1/4 final (ilk oyun):
Aniş Giri (Niderland) - Teymur Rəcəbov (Azərbaycan) 2:2

Qrup mərhələsi:
15-ci tur:Teymur Rəcəbov (Azərbaycan) - Levon Aronyan (Ermənistan)  0.5:0.5
14-cu tur:Vesli So (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan)                    0.5:0.5
13-cü tur:Teymur Rəcəbov (Azərbaycan) - Maksim Vaşye-Laqraf (Fransa)0.5:0.5
12-cu tur:Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov (Azərbaycan)      0.5:0.5
11-cu tur:Teymur Rəcəbov (Azərbaycan) - Dinq Liren (ÇİN)                 0.5:0.5
10-cu tur:Daniil Dubov (Rusiya) - Teymur Rəcəbov (Azərbaycan)          0.5:0.5
9-cu tur : Santos Vidit (Hindistan) - Teymur Rəcəbov (Azərbaycan)       0.5:0.5
8-ci tur : Teymur Rəcəbov (Azərbaycan) - Hikaru Nakamura (ABŞ)        0.5:0.5
7-ci tur : Yan Nepomnyaşiy (Rusiya) - Teymur Rəcəbov (Azərbaycan)    0.5:0.5
6-cı tur : Teymur Rəcəbov (Azərbaycan)-Aniş Giri (Niderland)              0.5:0.5
5-ci tur : Aleksandr Qrişyuk (Rusiya)- Teymur Rəcəbov (Azərbaycan)    0.5:0.5
4-cü tur : Teymur Rəcəbov (Azərbaycan)- Yan-Kşıştof Duda (Polşa)      0.5:0.5
3-cü tur:  Leyner Dominqez (ABŞ) -  Teymur Rəcəbov (Azərbaycan)      0.5:0.5
2-ci tur :  Teymur Rəcəbov (Azərbaycan)- Sem Şenkland (ABŞ)                1:0
1-ci tur :  Matias Blubaum (Almaniya) - Teymur Rəcəbov (Azərbaycan)  0.5:0.5
 скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss