Chess.az saytının təşkil etdiyi və “Azerfon” şirkətinin (“Nar” ticarət nişanı) baş sponsoru olduğu "Karabakh is Azerbaijan" Onlayn Şahmat seriyasının altıncı turniri olacaq "Agdam Cup"-a qeydiyyat davam edir.
Qeyd edək ki, seriyanın indiyədək keçirlmiş beş turnirində dörd ölkədən 200-dən artıq şahmatçı iştirak edib. "Karabakh is Azerbaijan" Onlayn Şahmat Seriyası ümumilikdə səkkiz turnir və böyük finaldan ibarətdir. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizin adını daşıyır. Seriyanın növbəti turniri fevralın 21-də keçiriləcək və "Agdam Cup" adlanacaq.
Turnirlər İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarət olacaq. Turnirdə vaxt nəzarəti 3 dəqiqə+hər gedişə 2 saniyyədir.
Turnirə bu linkdən daxil ola bilərsiniz.
"AGDAM CUP"
Qeyd: turnirdəki bütün qarşılaşmalar Lichess.org şahmat platformasının Anti-Çitter komissiyası tərəfindən araşdırılır. Əgər hər hansı bir şahmatçının qaydalara zidd hərəkəti müəyyən olunarsa o yarışdan kənarlaşdırılacaq və onun adı ictimaiələşdiriləcək.
---------------------------------------------------------------------------------------------------------------------------------
Seriyada iştirak etmək üçün:
1.Adınızı,soyadınızı, atanızın adını, doğulduğunuz ili, mobil telefonunuzun nömrəsini, yaşadığınız ölkə və şəhər haqqında məlumatı və Lichess.org-da olan adınızı info.chess.az@gmail.com meil adresinə və ya (050) 429 72 99 mobil telefonuna WhatsApp vasitəsilə göndərin.
2.Qeydiyyatdan uğurla keçdikdən sonra sizə turnirin şifrəsi göndəriləcək.
Keçiriləcək səkkiz turnir ərzində hər yarışda ilk altı yeri tutmuş şahmatçılar Böyük finalda iştirak etmək üçün əlavə xallar qazanacaqlar.
Müvafiq olaraq:
1-ci yer- 10 xal
2-ci yer- 8 xal
3-cü yer - 6 xal
4-cü yer - 3 xal
5-ci yer - 2 xal
6-cı yer - 1 xal
Seriyanın sonunda, ən çox xal toplamış ilk 10 şahmatçı Böyük Finala vəsiqə qazanacaq.
Yarışlar hər bazar günü, Bakı vaxtı ilə saat 12:00-da başlayır.
Beş turnirdən sonra ümumi hesab belədir:
1.Elnur Mehtiyev (İmişli) 20 xal
2.Orxan Bağırov (Bakı) 20 xal
3.Kutay Sakmak (Türkiyə) 16 xal
4.İsmayıl Süleymanl (Bakı) 13 xal
5.Yusif Mustafazadə (Bakı) 10 xal
6.Rəvan Uğuzov (Bakı) 9 xal
7.Kənan İsbatov (Bakı) 9 xal
8.İsmayıl Qurbanov (Bakı) 8 xal
9.Kayra Özdemir (Türkiyə) 8 xal
10.Nurlan Hacıyev (Mingəçevir)8 xal
11.Aytac Məmmədova (Samux) 6 xal
12.Daim Ağalarov (Qusar) 6 xal
13.Aydın Allahverdiyev (Bakı) 6 xal
14.Vahid Bəşirli (Gəncə) 4 xal
15.Rəşid Səfərov (Qusar) 3 xal
16.Amin Qurbanov (Bakı)) 2 xal
------------------------------------------------------------------------------
1-ci turnir 17 yanvar 2021-ci il "Jabrail Cup"
2-ci turnir 24 yanvar 2021-ci il "Fuzuli Cup"
3-cü turnir 31 yanvar 2021-ci il "Zangilan Cup"
4-cü turnir 7 fevral 2021-ci il "Qubadli Cup"
5-ci turnir 14 fevral 2021-ci il "Shusha Cup"
6-cı turnir 21 fevral 2021-ci il "Agdam Cup"
7-ci turnir 28 fevral 2021-ci il "Kalbajar Cup"
8-ci turnir 7 mart 2021-ci il "Lachin Cup"
Böyük Final 14 mart 2021-ci il (Saat 14:00-da)
"Karabakh is Azerbaijan Grand Final".
Qeyd edək ki, "Karabakh is Azerbaijan" Onlayn şahmat seriyasının rəsmi tərəfdaşı “Azerfon” şirkətidir (“Nar” ticarət nişanı).
21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 89,5%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.