Chess.az saytının təşkil etdiyi və “Azerfon” şirkətinin (“Nar” ticarət nişanı) baş sponsoru olduğu "Karabakh is Azerbaijan" Onlayn Şahmat seriyasının son turniri olan "Lachin Cup"-a qeydiyyat davam edir.
Indiyədək beş ölkədən 200-dən artıq şahmatçının iştirak etdiyi seriyanın son turniri sabah Bakı vaxtı ilə saat 12:00-da start götürəcək. Sabahki turnirdən sonra "Grand Final"-a vəsiqə qazanacaq bütün şahmatçıların adları məlum olacaq.
"Lachin Cup" İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət olacaq. Yarışda vaxt nəzarəti 3 dəqiqə+hər gedişə 2 saniyyə olacaq.
Qoşulmaq üçün bu linkə daxil olun:
"LACHİN CUP"
Yeddi turnirdən sonra ümumi hesab belədir:
1.Elnur Mehtiyev (İmişli) 30 xal
2.Orxan Bağırov (Bakı) 20 xal
3.Şəhriyar Rəhmanov (Quba) 18 xal
4.Kutay Sakmak (Türkiyə) 16 xal
5.Yusif Mustafazadə (Bakı) 16 xal
6.İsmayıl Süleymanl (Bakı) 13 xal
7.Kənan İsbatov (Bakı) 10 xal
8.Aydın Allahverdiyev (Bakı) 10 xal
9.Rəvan Uğuzov (Bakı) 9 xal
10.Ləman Hacıyeva (Sumqayıt) 8 xal
11.İsmayıl Qurbanov (Bakı) 8 xal
12.Kayra Özdemir (Türkiyə) 8 xal
13.Nurlan Hacıyev (Mingəçevir) 8 xal
14.Aytac Məmmədova (Samux) 6 xal
15.Murad Həşimov (Bakı) 6 xal
16.Daim Ağalarov (Qusar) 6 xal
17.Vahid Bəşirli (Gəncə) 4 xal
18.Rəşid Səfərov (Qusar) 3 xal
19.Ümid Allahverdi (Sumqayıt) 3 xal
20.Amin Qurbanov (Bakı) 5 xal
21.Krişnadas Hüseynov (Bakı) 1 xal
------------------------------------------------------------------------------
Onu da qeyd edək ki, turnirdəki bütün qarşılaşmalar Lichess.org şahmat platformasının Anti-Çitter komissiyası tərəfindən araşdırılır. Əgər hər hansı bir şahmatçının qaydalara zidd hərəkəti müəyyən olunarsa o yarışdan kənarlaşdırılacaq və onun adı ictimaiələşdiriləcək.
---------------------------------------------------------------------------------------------------------------------------------
Seriyada iştirak etmək üçün:
Adınızı,soyadınızı, atanızın adını, doğulduğunuz ili, mobil telefonunuzun nömrəsini, yaşadığınız ölkə və şəhər haqqında məlumatı və Lichess.org-da olan adınızı info.chess.az@gmail.com meil adresinə və ya (050) 429 72 99 mobil telefonuna WhatsApp vasitəsilə göndərin.
Qeydiyyatdan uğurla keçmiş şahmatçılara turnirin şifrəsi göndəriləcək.
Keçiriləcək səkkiz turnir ərzində hər yarışda ilk altı yeri tutmuş şahmatçılar Böyük finalda iştirak etmək üçün əlavə xallar qazanacaqlar.
Müvafiq olaraq:
1-ci yer- 10 xal
2-ci yer- 8 xal
3-cü yer - 6 xal
4-cü yer - 3 xal
5-ci yer - 2 xal
6-cı yer - 1 xal
Seriyanın sonunda, ən çox xal toplamış ilk 10 şahmatçı Böyük Finala vəsiqə qazanacaq.
Yarışlar hər bazar günü, Bakı vaxtı ilə saat 12:00-da başlayır.
1-ci turnir 17 yanvar 2021-ci il "Jabrail Cup"
2-ci turnir 24 yanvar 2021-ci il "Fuzuli Cup"
3-cü turnir 31 yanvar 2021-ci il "Zangilan Cup"
4-cü turnir 7 fevral 2021-ci il "Qubadli Cup"
5-ci turnir 14 fevral 2021-ci il "Shusha Cup"
6-cı turnir 21 fevral 2021-ci il "Agdam Cup"
7-ci turnir 28 fevral 2021-ci il "Kalbajar Cup"
8-ci turnir 7 mart 2021-ci il "Lachin Cup"
Böyük Final 14 mart 2021-ci il (Saat 14:00-da)
"Karabakh is Azerbaijan Grand Final".
Qeyd edək ki, "Karabakh is Azerbaijan" Onlayn şahmat seriyasının rəsmi tərəfdaşı “Azerfon” şirkətidir (“Nar” ticarət nişanı).
21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 89,5%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.