Azərbaycanın ən perspektivli şahmatçısı hesab olunan 15 yaşlı Aydın Süleymanlı Çernoqoriyada keçirilən şahmat festivalında uğurla şıxış edib.
"Montenegro Chess Festival" çərçivəsində keçirilən Qrossmeyster normalı turnirdə iştirak edən Aydın, 5.5 xalla 3-cü pillənin sahibi olmuşdur. Festival çərçivəsində keçirilən qarışıq turnirdə isə (GM və İM normalı turnirlərdə iştirak edən şahmatçılar arasında turnir), Aydın Süleymanlı 6.5 xalla ikinci olmuşdur. Xatırladaq ki, 2019-cu ildə 14 yaşlı şahmatçılar arasında Dünya Çempionu olmuş Aydın Süleymanlı, 2020-ci ilin əvvəlində Moskvada keçirilmiş mötəbər "Aeroflot Open" turnirində qələbə qazanaraq dünya şahmat ictimaiətinin diqqətini özünə cəlb etməyi bacarmışdır.