Bu gün klublar arasında Onlayn Avropa Çempionatının son oyun günü keçiriləcək.
Chess.az xəbər verir ki, 91 komandanın qatıldığı qitə birinciliyinin final mərhələsinə 10 komanda vəsiqə qazandı. Avropa Çempionatında beş klubla qatılan Azərbaycan, final mərhələsində yalnız bir komanda ilə təmsil olunur. Bu heyyətində turnirin reytinq favoriti olan Şəhriyar Məmməddyarovun da yer aldığı "Odlar Yurdu" komandasıdı. Təəsüf ki, "Vüqar Həşimov", "Gənclik" və "Naxçıvan" kollektivləri ilkin mərhələdə, "Təhsil İdman" komandası isə Pley-off mərhələsində mübarizəni dayandırmışdırlar. Qeyd edək ki, final mərhələsinin ilk dörd turundan sonra "Odlar Yurdu" kollektivi 4 xalla 6-cı pillədə qərarlaşıb. Amma buna baxmayaraq komandamız Avropa Çempionu olmaq şanslarını hələ də saxlayır.