Monteneqronun Niksiç şəhərində "Vladimir Bato Kontic" Memorialı davam edir.
Chess.az xəbər verir ki, beynəlxalq turnirdə 10 ölkədən 22 şahmatçı iştirak edir. İştirskçılar arasında Azərbaycanın şahmat gələcəyi hesab olunan 15 yaşlı Aydın Süleymanlı da yer alır. Sevindirici haldır ki, keçirilmiş beş turdan sonra, Aydın 4 xalla turnirin vahid lideridir. Onu 3.5 xalla serb Boban Boqosavlyeviç, Monteneqrodan olan Luka Draskoviç və ABŞ şahmatçısı Xans Niman üçlüyü izləyir.
19-04-2021, 23:55