Rusiyanın Yekaterinburq şəhərində ötən ilin mart ayında qalmaqallı şəkildə yarımçıq dayandırılan "İddiaçılar Turniri"-in ikinci dövrəsi davam edir.
Chess.az xəbər verir ki, dünən mötəbər yarışın 10-cu turun oyunları keçirildi. Birinci dövrədən sonra liderlər qrupunda yer alan rusiyalı Yan Nepomnyaşiy, yaranmış fasilədən sonra da öz uğurlu çıxışını davam etdirir. İki heç-heçədən sonra, Yan dünən həmyerlisi Kirill Alekseyenkonu məğlub edərək öz liderliyini möhkəmlədib. Nepomnyaşiy hal hazırda 6.5 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyiciləri olan Aniş Giri, Maksim Vaşye-Laqraf və Fabiano Karuananı bir xal qabaqlayır. Bu gün turnirdə fasilə olacaq. Sabah isə olduqca maraqlı mübarizə davam edəcək. Sabah keçiriləcək 11-ci turun oyunların çərçivəsində mərkəzi oyun sössüz ki, Nepomnyaşiy ilə Karuana arasında olacaq. Bu oyunda mümkün qələbə Yan Nepomnyaşiyi demək olar ki, Şahmat tacı uğrunda matça aparacaq.
Turnir cədvəli (1o turdan sonra): 1.Nepomnyaşiy - 6.5, 2-4.Karuana, Vaşye-Laqraf, Giri - 5.5, 5-6.Vanq Xao, Qrişyuk - 4.5, 7-8. Alekseyenko, Dinq Liren -4.
Oyunlar(CANLI):
23 aprel - 11 tur
24 aprel - 12 tur
26 aprel - 13 tur
27 aprel - 14 tur
28 aprel - Tay-Brek (əgər lazım olarsa)
22-04-2021, 13:07