SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Finalın adı Nakamura-Karlsen. Bravo Şəhriyar!

  Bu dəqiqələrdə “Champions Chess Tour” onlayn şahmat seriyasının beşinci turniri olan “New In Chess Classic” turnirinin yarımfinal mərhələsi başa çatdı.

   Sössüz ki, günün ən böyük hadisəsi təmsilçimiz Şəhriyar Məmmədyarovun möhtəşəm geri dönüşü oldu.  Dünən amerikalı rəqibi Hikaru Nakamuraya 1:3 hesabı ilə məğlub olan Şəhriyar final şanslarını xeyli çətinə salmışdı. Amma bu gün tamaşaçılar tam başqa bir Şəhriyar gördü. Keçirilən üç rapid qarşılaşmasında hamısında qalib gələn Şah 3:0-lıq qələbə qazanmaqla matçın taleyini tay-brekə daşımağa bacardı. 

   Tay-brekdə tərəflərin keçirdiyi iki blitz oyunlar da bərabərliklə nəticələndiyində oyunun taleyi Armagedonda müəyyən oldu. Amma təəsüf ki, Məmmədyarov Armaqedonda azarkeşləri sevindirə bilmədi və ağ fiqurlarla Nakamuraya məğlub oldu. Buna baxmayaraq Şəhriyara bu gecə sərgilədiyi möhtəşəm oyuna görə alqış düşür. 
  Digər yarılmfinal qarşılaşmasında isə, Maqnus Karlsenlə erməni Levon Aronyanı mübarizədən kənarlaşdıraraq Nakamuranın finaldakı rəqibi oldu. Şəhriyar Məmmədyarov isə sabah 3-4-cü yerlər uğrunda qarşılaşmada erməni Levon Aronyanla olduqca prinsipial qarşılaşma gözləyir.
   Qarşılaşmalar sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss