SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan Çempionatı 2021: Son iki tur, çempionluğa altı namizəd (CANLI,YENİLƏNİR)

Naxçıvan şəhərində davam edən şahmat üzrə kişilər arasında Azərbaycan Çempionatı yavaş yavaş sona yaxınlaşır. 

  Chess.az xəbər verir ki, maraqlı mübarizə şəraitində keçən ölkə çempionatı finiş xəttinə yaxınlaşır. Bu gün Azərbaycan Çempionatının 10-cu, sabah isə, sonuncu, 11-ci turun oyunları keçiriləcək.
  Keçirlmiş 9 turdan sonra, turnir cədvəlinə aktivlərində altı xalları olan Vasif Durabəyli, Eltac SəfərliVüqar Əsədli başçılıq edirlər. Bu üçlüyü 5.5 xalları olan Nicat MəmmədovNicat Abbasov cütü izləyir. Hələ aktivində 5 xalı olan Azərbaycanın yeni qrossmeysteri, Aydın Süleymanlını da hesabdan silmək tezdir. Sona iki tur qalmış turnir cədvəlində yaranmış bu vəziyyət və çempionluğa altı şahmatçının iddiasını nəzərə alsaq,  çempionatın sonluğu çox maraqlı keçəcəyindən əmin ola bilərik. Son turlarda şahmat azarkeşlərini tamaşaçıları növbəti ik turda Aydın Süleymanlı-Nicat Məmmədov, Nicat Abbasov-Eltac Səfərli, Vüqar Əsədli-Vasif Durabəyli, Eltac Səfərli-Vüqar Əsədli Nicat Məmmədov-Nicat Abbasov kimi maraqlı və çempionluğu müəyyən edəcək oyunlar gözləyir. 
  Bu gün Bakı vaxtı ilə saat 14:00-da ölkə birinciliyinin onuncu turun oyunıar keçiriləcək. Qeyd edək ki, yarış 12 şahmatçının iştirakı ilə dairəvi sistem üzrə keçiriləcək. Kişilər arasında Azərbaycan Çempionatının mükafat fondu isə 15 000 manat təşkil edəcək. 

10-CU TUR (CANLI)скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss