Naxçıvan şəhərində şahmat üzrə kişilər arasında Azərbaycan Çempionatı davam edir.
Chess.az xəbər verir ki, bu gün "Dördlər Finalının" cavab görüşləri keçirildi. İlk yarımfinal matçında Nicat Məmmədovu məğlub edən çempionluğa əsas namizədlərdən biri hesab olunan Vasif Durarbəyli, cavab qarşılaşmasında da rəqibindən üstün oldu 2:0. Bu qələbə Vasif Durarbəylini sabah başlayacaq Azərbaycan Çempionatının final matçına daşıdı.
Digər yarımfinal qarşılaşmasında üz-üzə gələn Nicat Abbasovla Eltac Səfərli dünən də olduğu kimi yenə də sülh bağladılar. İndi bu cütün taleyi bu gün Bakı vaxtı ilə saat 17:00-da start götürəcək tay-brekdə
1/2 FINAL (CANLI)
16-05-2021, 15:41