Mayın 21-də Naxçıvan şəhərində start götürən qadınlar arasında Azərbaycan çempionatının oyunları davam edir.
Chess.az xəbər verir ki, keçirlmiş iki turdan sonra Gövhər Beydullayeva və Gülnar Məmmədova 100%-lik nəticə ilə turnir cədvəlinə liderlik edirlər. Bu gün Bakı vaxtı ilə saat 14:00-da çempionatın 3-cü turun oyunları keçiriləcək. Qeyd edək ki, mayın 31-dək davam edəcək ölkə birinciliyində 12 şahmatçı iştirak edir. Yarışın ümumi mükafat fondu isə 7 000 manat təşkil edir.
3-CÜ TUR (CANLI):
23-05-2021, 12:17