SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"FTX Crypto Cup": Teymur Rəcəbov finalın bir addımlığında (CANLI.YENİLƏNİR)

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” Onlayn şahmat seriyasının altıncı turniri olan “The FTX Crypto Cup” həlledici mərhələyə qədəm qoyur.   



TEYMUR RƏCƏBOV (AZƏRBAYCAN)-MAQNUS KARLSEN (NORVEÇ)

  Chess.az xəbər verir ki, bu gün keçiriləcək yarımfinal mərhələsinin cavab görüşlərindən sonra, artıq turnirin finalçıları bəlli olacaq. Dünən keçirilən ilk yarımfinal matçında həmyerlimiz Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenlə 2:2 hesabı ilə bərabərə qaldı. Digər yarımfinalda isə, ABŞ şahmatçı Vesli So rusiyalı rəqibini Yan Nepomnyaşiyi 2.5:1.5 hesabı ilə məğlub etdi. Mərhələnin həlledici oyunları bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

  Xatırladaq ki, turnirin mükafat fondu 220 000 ABŞ dolları və 100 000 dollar dəyərində "Bitkoin" bonus olacaq.
“Champions Chess Tour” Onlayn Şahmat Seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək. Seriyanın ümumi mükafat fondu isə 1 500 000 ABŞ dolları təşkil edir. 

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss