SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Grand Chess Tour": Rumıniyada "Azərbaycan derbisi" (CANLI.YENİLƏNİR)

Rumıniyada "Grand Chess Tour" şahmat seriyasının birinci mərhələsinin oyunları davam edir.
 

4-CÜ TUR CANLI (TAXTALAR ÜZRƏ)

   Chess.az xəbər verir ki, dünən "Superbet Chess Classic Romania" turnirinin üçüncü turun oyunları keçirildi. Həmyerlilərimiz Şəhriyar MəmmədyarovTeymur Rəcəbov bu dəfə də heç-heçə ediblər. Şah Rumıniya təmsilçisi Boqdan-Daniel Deakla, Teymur Rəcəbov isə fransız Maksim Vaşye-Laqrafla xallarını yarı bölüblər. Xatırladaq ki, hər iki şahmatçımız turnirdə keçirdikləri hər üç oyunlarını bərabərliklə başa vurublar. Və üç turdan sonra aktivlərində 1.5 xalla turnir cədvəlinin 3-8-ci yerləri bölüşdürürlər. Bu gün isə Bakı vaxtı ilə saat 16:00-da start götürəcək dördüncü turun oyunları çerçivəsində tamaşaçıları "Azərbaycan derbisi" gözləyir. Cari turda Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gələcəklər. 
  Qeyd edək ki, ŞəhriyarTeymurdan başqa turnirdə ABŞ şahmatçıları Fabiano KaruanaVesli So, niderlandlı Aniş Giri, erməni Levon Aronyan, fransız Maksim Vaşye-Laqraf, rusiyalı Aleksandr Qrişyuk və meydan sahibləri Boqdan-Daniel Deak və  Konstantin Lupulesku iştirak edirlər. Yarış iyunun 15-dək davam edəcək.скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss