Fransada "Grand Chess Tour" şahmat seriyasının ikinci mərhələsi davam edir.
CANLI YAYIM (VİDEO)
CANLI(TAXTALAR ÜZRƏ)
"Paris Rapid and Blitz" adlı turnirdə ölkəmizi Teymur Rəcəbov təmsil edir. Turnirin Rapid hissəsini 8-ci pillədə bitirən Teymur, bu gün başlayan Blitz hissəsində vəziyyətini yaxşılaşdırmağa çalışacaq. Qeyd edək ki, "Grand Chess Tour" seriyasının birinci mərhələsinin qalibi olmuş həmyerlimiz Şəhriyar Məmmədyarov ikinci mərhələdə iştirak etmir. Rəcəbovun bu yarışdakı rəqibləri isə bunlardır: ABŞ şahmatçıları Fabiano Karuana və Vesli So, rusiyalılar Yan Nepomnyaşiy, Petr Svidler və Vladimir Kramnik, fransızlar Maksim Vaşye-Laqraf və Etyen Bakrot, macar Rixard Rapport, FİDE-ni təmsil edən eks-ranlı Əlirza Firuzca və erməni Levon Aronyandır.
21-06-2021, 15:15