SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

SALONIKI 2018

Yunanıstanın  Saloniki şəhərində yeniyetmələr arasında  Dünya Çempionatı davam edir. Turnirdə ümumilikdə 79 ölkədən 635 gənc şahmatçı mübarizə aparır. Ölkəmizi bu mötəbər yarışda 7 şahmatçı təmsil edir.  Keçirilən 4 turdan sonra  U-14 yaş qrupunda 2.5 xalla Süleymanlı Aydın 45-ci, Vüqar Manafov isə 2 xalla 65-ci pillədədilər, qızların U-14 yarışında isə Ayan Allahverdiyeva 2.5 xalla 31-ci yerdə qərarlaşıb. U-16 yaş qrupunda İbrahimli Murad 3 xalla 26-cı,qızlarda isə Hacıyeva Ləman eyni xalla 18-ci ,aktivində 3.5 xalı olan Gövhər Beydullayeva isə yarış cədvəlinin 5-ci  pilləsində qərarlaşıb.  U-18 yaş qrupunda yeganə təmsilçimiz olan Əhməd Əhmədzadə isə 3 xalla 15-ci pillədədir. Bu gün yarışın 5-ci turun oyunları keçiriləcək.  скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss