"Grand Chess Tour" şahmat seriyasının üçüncü mərhələsinin iştirakçıları məlum oldu.
Chess.az xəbər verir ki, iyulun 7-dən 11-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək "Croatia Grand Chess Tour" adlı rapid turnirində, ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edəcək. Xatıraldaq ki,, Şəhriyar seriyanın birinci yarışı olmuş "Superbet Chess Classic Romania"-ın qalibi olmuşdur.
Artıq Xorvatiyada üz-üzə gələcək şahmatçıların adları da məlumdur. Beləliklə, Zaqrebdə Məmmədyarovdan başqa, fransız Maksim Vaşye-Laqraf, Niderland təmsilçiləri Aniş Giri və Yorden Van Forrest, rusiyalılar Yan Nepomnyaşiy və Aleksandr Qrişyuk, ukraynalı Anton Korobov, polyak Yan-Kşıştof Duda, meydan sahibi, xorvatiyalı İvan Sariç və xüsusi qonaq qismində turnirə dəvət olunan iki eks-dünya çempionu, hindistanlı Vişvanatan Anand və Rusiyanı təmsil edən əslən bakılı Hari Kasparovdur. Qeyd edək ki, turnir çərçivəsində baş tutacaq Məmmədyarov-Kasparov qarşılaşması hər iki şahmatçı üçün karyeralarında bir-birilərinə qarşı oynadığı ilk oyun olacaq. Qrossmeysteürimizi Şəhriyar Məmmədyarov indiyədək heç bir rəsmi oyunda Hari Kasparovla qarşılaşmamışdır.
24-06-2021, 13:53