SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Mahir Məmmədov : "Əsas hədəf şahmat tacının Bakıya gətirilməsidir"

Noyabrın 26-da Azərbaycan Şahmat Federasiyasının yeni seçilmiş prezidenti Mahir Məmmədov mətbuat konfransında federasiyanın hədəflərini açıqlayıb.
 
  Chess.az xəbər verir ki, Mahir Məmmədov uşaq və gənc şahmatçıların inkişafı istiqamətində işlərin aparılacağı ilə bərabər, şahmat tacını Azərbaycana gətirilməsini hədəflədiyini açıqlayıb : "Üzərimizə böyük məsuliyyət düşür. Bundan sonra işimizi təşkilatlandırma istiqamətində düzgün qurmalı, müasir tələblərə uyğun fəaliyyət göstərməliyik. Bunun üçün ilk növbədə uşaq və gənc şahmatçıların inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsini nəzərdə tuturuq. Şahmat məktəblərində qüsurların aradan qaldırılması üçün bir sıra işlər görməliyik. Şahmatçıların fərdi fəaliyyətləri, inkişafları çox vacibdir.  Əsas hədəf isə şahmat tacının Bakıya gətirməkdir. Bunun üçün kifayət qədər potensial var. Artıq şahmatçılarımızdan Teymur Rəcəbov İddiaçılar turnirinin 8 iştirakçısından biridir. Rəcəbovun turnirə hazırlığı federasiyanın hədəflərindən biridir. Ümidvarıq ki, onun çıxışı uğurlu olacaq”. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss