SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

FİDE növbəti reytinq cədvəlini açıqlayıb. Şah TOP-10-a qayıtdı

Beynəlxalq Şahmat Federasiyası (FIDE) dekabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.

  FIDE-nin rəsmi saytına dərc edilən siyahıda, ilk "10-luq"da Azərbaycanı yalnız bir şahmatçı təmsil edir. Şəhriyar Məmmədyarov ötən aya nisbətən iki pillə irəliləyərək 9-cu sıraya yüksəlib. Aktivində 2 753 xalı olan Teymur Rəcəbov isə ötən ayla müqayisədə 1 pillə də geriləyərək, 14-ci sıraya enib. TOP-100-də təmsil olunan digər şahmatçılarımızdan Qədir Hüseynov 80-ci, Rauf Məmmədov  87-cı pillələrdə qərarlaşıblar.
 Siyahıda ilk “üçlük” də dəyişiklik olub. Norveçli dünya çempionu Maqnus Karlsen 2 856 xalla əvvəlki kimi birincidirsə, çinli Dinq Liren 2-ci pillədəki mövqeyini itirib. 3-cü sıraya enən çinlini, ELO xallarını 2 804-ə yüksəldın Fransa təmsilçisi Əlirza Firuzca əvəzləyib.
 Qadın şahmatçılarımızdan isə Günay Məmmədzadə 26-cı, Gülnar Məmmədova  71-ci, Xanım Balacayeva isə 83-cüdür.

TOP-100 (KİŞİLƏR)
TOP-100 (QADINLAR)скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss