SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Chess.az 4 yaşında!

   Əziz və dəyərli oxucu ,
   Düz dörd il bundan öncə, 2017-ci ilin dekabrın 11-də  Chess.az saytı fəaliyyətə başlamışdır. Əsasən şahmat xəbərlərinin istehsalı və yayımı ilə məşğul olan saytımız qısa müddət ərzində ölkənin şahmat aləmində özünəməxsus yerini tutmağa bacarmışdır.  

   Sevindirici haldır ki, biz dörd yaşımızı artıq Qarabağlı Azad Azərbaycanımızda qeyd edirik. Fürsətdən istifadə edib bir daha bütün Azərbaycan xalqını Vətən müharibəsində qazanılan parlaq zəfər münasibətilə ürəkdən təbrik edirəm. İşğalda olan ərazilərimizin azadlığı uğrunda şəhid olan əsgərlərimizi və erməni terrorunun qurbanı olmuş dinc vətəndaşlarımıza Allahdan rəhmət diləyirik, yaralılara şəfa, müharibə iştirakçıların isə çox sağolun demək istəyirəm.
  Chess.az bu dörd il ərzində ölkədə kifayət qədər oxunan və şahmat ictimaiəti arasında tanınan sayta çevrilməyi bacardı. Qərəzsiz, hər kəsin sözünü deməyə çalışan, düzə düz, əyriyə əyri deyən sayt yaratmağı bacardığımız üçün özümü xoşbəxt hiss edirəm. Biz dörd il əvvəl də, bu gün də tam müstəqil fəaliyyət göstərmişik və bundan sonra göstərməyə davam edəcəyik.
    Biz artıq dörd ildir ki, ölkədə şahmatın daha da geniş təbliğ olunması üçün əlimizdən gələni edirik. 
Şahmatçılarımızın müxtəlif yarışlarda çıxışlarını, onlara aid ən son xəbərləri, beynəlxalq və yerli arenada baş verən ən mühüm hadisələri oxucularımıza maksimum operativ şəkildə çatdırmağa çalışırıq. Düzdür, bəzən saytımızda biraz operativlik çatışmasa da, biz yenə də çalışırıq. Çalışırıq ki, şahmat həvəskarlarımızı maksimum məlumatlandıraq və hər il ötdükcə daha da inkişaf edək. Geridə qoyduğumuz dörd il ərzində saytımızda əməyi keçən hər kəsə dərin təşəkkürümüzü bildiririk. 
   Saytımızın dizaynı ilə məşğul olan əməkdaşımız Həsənli Heydər.

   Chess.az saytının texniki dayağı, görən gözü olan texniki direktorumuz  Anar İbrahimov. 
   Saytımızın ilk günlərində redaktorumuz olan gənc jurnalist  Aidə İsaq.
   Bir müddət bizimlə əməkdaşlıq etmiş Rəşad Məmmədov. Çox sağolun! 
Düzdür, onlardan bəziləri artıq bizimlə əməkdaşlıq etmir, amma onların adı hər zaman Chess.az adı ilə yanaşı çəkiləcək. 
Dörd yaşımız mübarək!
   
                                  Hörmətlə, Chess.az saytının rəhbəri Emil Əliyarlı.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss