İspaniyada başa çatmış "El Llobregat Open" şahmat turniri Azərbaycan şahmatı üçün əlamətdar hadisə ilə yadda qaldı.
Chess.az xəbər verir ki, 6.5 xalla yarışı səkkizinci pillədə bitirən gənc şahmatçımız Məhəmməd Muradlı, sonuncu qrossmeyster normasını yerinə yetirməyi bacardı. Beləliklə, Məhəmməd Azərbaycanın ümumilikdə 28-ci, aktiv şahmatçılar arasında isə 23-cü qrossmeysteri oldu. İndi Məhəmmədə yalnız FİDE-nin növbəti konransını gözləmək qalır. Məhz Ali şahmat qurumunun növbəti konfransında ona rəsmi olaraq qrossmeyster titulu veriləcək.