SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya Çempionatı 2021: Məmmədyarov 26-cı pillədə gedir (CANLI)

Polşanın paytaxtı Varşavada Rapid və Blits üzrə dünya çempionatı start götürüb.

CANLI

  Chess.az xəbər verir ki, yarışın ilk oyun günüdə Rapid turnirdə qadınlarda dörd, kişilərdə isə beş tur keçirilib. Təmsilçilərimizdən ən yaxşı nəticəni Zeynəb Məmmədyarova göstərib. Belə ki, dörd turdan sonra 3 xal toplayan Zeynəb, turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Qadınların yarışında iştirak edən digər şahmatçılarımızdan Gövhər Beydullayevanın aktivində 2, Türkan MəmmədyarovaXanım Balacayevanın 1.5, Gülnar Məmmədovanın isə 1 xalı var.
  Kişilərin yarışında şahmatçımız Şəhriyar Məmmədyarov 5 turdan sonra 3.5 xal topalyaraq 26-cı sırada qərarlaşıb. Onunla eyni xalı toplayan Vasif Durarbəyli isə 39-cu pillədə qərarlaşıb. Digər şahmatçılarımızdan Məhəmməd Muradlının 3, Rauf Məmmədovun 2,5, Vüqar Əsədli, Aydın SüleymanlıXəzər Babazadənin hərəyə 2 xalı var. Bu gün Dünya Çempionatının növbəti oyunları keçiriləcək. Oyunlar Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, dekabrın 30-dək davam edəcək dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss