SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Federasiyada gənc şahmatçılarla görüş keçirildi

Azərbaycan Şahmat Federasiyasında gənc şahmatçılarla görüş keçirilib.

  Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, birinci vitse-prezident Faiq Həsənov, Avropa Şahmat İttifaqının Prezidenti Zurab Azmayparaşvili, “Vüqar Həşimov” klubunun kapitanı Anar Allahverdiyev, gənclərdən və yeniyetmələrdən ibarət milli komandaların baş məşqçiləri Fərid AbbasovCahangir Ağarəhimov AŞF-nin mənzil qərargahında gənc şahmatçılarla görüş keçiriblər.

  Tədbirə, məktəblilərin onlayn Avropa çempionatında medal qazanan gənc şahmatçılar - Nərmin Abdinova (13 yaşadək qızlar, qızıl medal), Şiroğlan Talıbov (15 yaşadək oğlanlar, gümüş medal), Əhməd Xaqan (10 yaşadək oğlanlar, gümüş medal), Lalə Hüseynova (11 yaşadək qızlar, bürünc medal), Əsnad Vəliyeva (10 yaşadək qızlar, bürünc medal) və klublar arasında Avropa Kubokunda üçüncü yeri tutan “Vüqar Həşimov” klubunun üzvləri - Vüqar Əsədli, Əhməd Əhmədzadə və Murad İbrahimli dəvət olunublar.
  Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov gənc şahmatçıları əldə etdikləri yüksək nəticələr münasibətilə təbrik edib. M.Məmmədov federasiyanın hər zaman yeniyetmə və gənc şahmatçılara dəstək olmağa çalışacağını bildirib. Federasiya rəhbəri “Vüqar Həşimov” şahmat klubunun Avropa kubokunda bürünc medal qazanmasını ilin ən parlaq qələbələrindən biri kimi qiymətləndirib.
   Daha sonra Avropa Şahmat İttifaqının prezidenti, beynəlxalq qrosmeyster Zurab Azmayparaşvili gənc şahmatçıları və “Vüqar Həşimov” klubunun üzvlərini təbrik edib. Qonaq Azərbaycan şahmat məktəbinin dünya şahmatında yüksək yerinin olduğunu söyləyib.
  Məşqçilər adından çıxış edən Anar Allahverdiyev səmimi sözlər üçün təşəkkür edib, federasiya tərəfindən göstərilən qayğının şahmatçıları gələcək uğurlara ruhlandıracağını vurğulayıb.
Tədbirin sonunda şahmatçılara
Azərbaycan Şahmat Federasiyasının mükafatları təqdim olunub.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss