SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Dünya çempionatı 2021: Gülnar Məmmədova bu gün medal qazana bilər (CANLI)

Bu gün Polşanın paytaxtı Varşavada Rapid üzrə dünya çempionatına yekun vurulacaq.

CANLI

  Chess.az xəbər verir ki, yarışın son gününədək keçirilmiş doqquz turdan sonra, turnir cədvəlinə şahmatın bütün növləri üzrə hazırki dünya çempionu olan norveçli Maqnus Karlsen başçılıq edir. Aktivində 7.5 xalı Maqnusu 7 xalla ruslar Aleksandr Qrişyuk, Yan Nepomnyaşiy və gənc özbəkistanlı şahmatçı Nodirbek Abusəttarov izləyirlər. Bu gün keçiriləcək son üç turdan sonra Rapid yarışına yekun vurulacaq və yeni dünya çempionun adı məlum olacaq. Təbii ki, əgər o çempion yeni olacaqsa. Yuxarıda da qeyd etdiyimiz kimi məhz hazırki çempion turnir cədvəlinin vahid lideridir və onu son üç turda zirvədən salmaq heç də asan olmaycaq. 

  Dünya çempionatda çıxış edən həmyerlilərimizə gəlincə, onların çıxışını o qədər də qənaətbəxş hesab etmək olmaz. Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov doqquz turdan sonra aktivində 5.5 xalla 33-cü pillədə qərarlaşıb. Beş xalı olan Məhəmməd Muradlı 58-ci, 4.5 xalı olan Aydın Süleymanlı 88-ci, Aydınla eyni xala malik olan Xəzər Babazadə 96-cı, Rauf Məmmədov 4 xalla ha-hazırda 124-cü, 3.5 xalı olan son Azərbaycan çempionu Vasif Durarbəyli 138-ci,  2.5 xalı olan Vüqar Əsədli isə 163-cü pillələrdə qərarlaşıblar. 
   Qadınların turnirinə gəlincə, burada vəziyyət tam fərqlidir. Təcrübəli şahmatçımız Gülnar Məmmədova Rapid yarışının son oyun gününə medallara əsas namizəd kimi gedir. Hazırda Gülnar aktivində 6 xalla turnir cədvəlinin 2-7-ci yerləri bölüşdürür. Yarışın vahid lideri isə təcrübəli rusiyalı şahmatçı Aleksandra Kostenyukdur. Onu da qeyd edək ki, Kostenyuk sona üç tur qalmış ən yaxın izləyicilərini 1.5 xal qabaqlayır. Bu isə hər hansı bir möcüzənin baş verməyəcəyi təqdirdə məhz rusiyalı şahmatçının bu gün Rapid üzrə yeni Dünya çempionu olacağı deməkdir. Digər şahmatçılarımıza gəlincə, Xanım Balacayeva 5 xalla 23-cü, 4.5 xalları olan Türkan və Zeynəb Məmmədyarovalara  müvafiq olaraq 28 və 39-cu, Gövhər Beydullayeva isə 4 xalla 55-ci pillələrdə qərarlaşıblar. 
   Rapid yarışının son oyun günü bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Sabahdan isə Blitz üzrə dünya çempionatına start veriləcək. Qeyd edək ki, dekabrın 30-dək davam edəcək dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss