SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"İddiaçılar Turniri 2022" Madriddə keçiriləcək

FİDE 2022-ci ildə "İddiaçılar turnirinin" keçiriləcəyi şəhərin adını açıqlayıb. 

  Beləliklə, "İddiaçılar turniri 2022" gələn ilin iyunun 16-dan iyul 7-dək İspaniyanın paytaxtı Madrid şəhərində baş tutacaq. Bu mötəbər yarış Chess.com şahmat platformasının baş sponsorluğu ilə keçiriləcək. Qeyd edək ki, turnirdə səkkiz şahmatçı mübarizə aparacaq. İkidövrəli dairəvi sitem üzrə keçiriləcək turnirin qalibi 2023-cü ildə keçirilməsi planlaşdırılan Dünya çempionu adı uğrunda final matçında Maqnus Karlsenin rəqibi olacaq. Turnirdə iştirak edəcək səkkiz şahmatçının adı artıq məlumdur. Bunlar həmyerlimiz Teymur Rəcəbov, Fransa təmsilçisi Əlirza Firuzca, polyak Yan-Kşıştof Duda, ABŞ təmsilçisi Fabiano Karuana, rusiyalılar Sergey KaryakinYan Nepomnyaşiydir. Daha iki şahmatçının adı 2022-ci ilin fevral-aprel aylarında keçiriləcək "FİDE Qran Pri"-dən sonra məlum olacaq. Qeyd edək ki, iki aydan sonra start götürəcək "FİDE Qran Pri"-in iştirakçılarından biri həmyerlimiz Şəhriyar Məmmədyarov olacaq.


скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss