SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Naxçıvan Premium 2" şahmat turniri start götürdü

Ötən il ölkə şahmat ictimaiyyətində böyük maraqla qarşılanan "Naxçıvan Premium" şahmat turniri bu il ikinci mövsümlə yenidən start götürdü.

  Chess.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyasının təşkil etdiyi "Naxçıvan Premium 2" şahmat turniri yanvarın 25-dək davam edəcək. Yarışın əsas mərhələsində 2021-ci ilin dekabrında keçirilmiş seçmə mərhələdən gələn doqquz şahmatçı ilə yanaşı ötən mövsüm keçirilmiş birinci turnirdə ilk üç yeri tutmuş şahmatçılar mübarizə aparacaqlar.
  Ümumilikdə 12 şahmatçının qatıldığı turnir dairəvi sistem üzrə keçiriləcək və 11 turdan ibarət olacaq. Partiyalarda vaxt kontrolu isə, 90 dəqiqə + hər gedişə 30 saniyə olacaq. 
 Qeyd edək ki, yarış boyu iştirakçılar Naxçıvan Şahmat Federasiyasının dəstəyi ilə "Təbriz" mehmanxanasında məskunlaşacaqlar. Oyunlar isə Naxçıvan şəhərində yerləşən Gənclik Mərkəzində keçiriləcək. 
Xatırladaq ki, ötən il ilk dəfə təşkil olunan turnirin Urfan Sevdimalıyev olmuşdur. Yarışın ümumi mükafat fondu 2 100 manat təşkil edəcək.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss