SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Pərviz Qasımov "Naxçıvan Premium-2"-nin qalibi oldu!

Bu gün "Naxçıvan Premium-2" şahmat turniri başa çatdı.

  Chess.az xəbər verir ki, ötən il ilk dəfə Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyası tərəfindən təşkil edilən və şahmat ictimaiəti tərəfindən böyük maraqla qarşılanan "Naxçıvan Premium" şahmat turnirinin builki yarışı da uğurla başa çatdı. Bu gün keçirilən "Naxçıvan Premium 2"-nin son turunda gənc və istedadlı şahmatçı Pərviz Qasımov qara fiqurlarla Ayxan Əliyev üzərində qələbə qazanaraq gərgin mübarizənin sonunda turniri birinci pillədə bitirməyi bacardı. 11 oyunda 9 xal toplayan Pərvizdən yarım xal geri qalan, turnirin ötənilki qalibi qrossmeyster Urfan Sevdimalıiyev ikinci, 8 xal toplayan Toğrul Həsənzadə isə üçüncü olmuşdurlar. 
 Qeyd edək ki, yarışın ümumi mükafat fondu 2 100 manat təşkil edirdi. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss