SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"FİDE Grand Prix 2022" : Nakamura qayıdıb! ABŞ şahmatçıları inamla irəliləyirlər (CANLI)

Almaniyanın paytaxtı Berlində "FİDE Grand Prix" seriyasının birinci mərhələsinin oyunları davam edir. 

CANLI

   Chess.az xəbər verir ki, bu gün mərhələnin dördüncü turun oyunları keçiriləcək. Arxada qalan üç turdan sonra, amerikalılalr Hikaru Nakamura, Vesli So, Levon Aronyan və polyak Radoslav Voytaşek öz qruplarına liderlik edirlər. Bu arada Almaniyada keçirilən "FİDE Grand Prix"-in birinci mərhələsi ABŞ şahmatçısı Hikaru Nakamuranın böyük şahmata "qayıdışı" ilə yadda qaldı. Xatıraldaq ki, Hikaru pandemiya üzündən 2019-cu ildən bu yana heç bir rsəmi turnirdə iştirak etməmişdir. Karyerasındaki durğunluq isə, Nakamuranın adının FİDE reytinq sıralamasından müvəqqəti çıxarılması ilə nəticələnmişdir. İki illik fasilədən sonra yenidən taxta arxasına əyləşən Nakamura, yuxarıda qeyd etdiyimiz öz qrupunda liderdir və azarkeşlərinə yaxşı formada olduğunu göstərməyi bacarıb. 

   Qeyd edək ki, üç mərhələdən ibarət olan seriyada ümumilikdə 24 şahmatçı mübarizə aparır. Hər mərhələdə yalnız 16 şahmatçı iştirak edir. Şahmatçılar dörd qrupa bölünüb. İkidövrəli qrup oyunlarında sonra, qrupların qalibləri yarımfinala vəsiqə qazanacaqlar. Seriyadakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov 2-ci və 3-cü mərhələlərdə mübarizə aparacaq.  Qeyd edək ki, hər bir şahmatçı seriyanın maksimum iki turnirində iştirak edə bilər. 
  Üç turnirin nəticələrinə əsasən ilk iki yeri tutan şahmatçı isə, iyun ayında İspaniyanın paytaxtı Madriddə keçiriləcək "İddiaçılar Turnirinə" vəsiqə qazanacaqlar. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss