SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan çempionatı 2022: Çempionatın 20 yaşlı sürprizi zirvəyə yüksəldi (CANLI)

Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatında gərgin mübarizə davam edir.

CANLI

   Chess.az xəbər verir ki, dünən ölkə birinciliyinin beşinci turun oyunları keçirildi. Dünənki oyunlardan sonra iki şahmatçı liderliyi ələ keçirdi. Onlardan biri son Azərbaycan çempionu Vasif Durarbəyli, digəri isə çempionatın sürprizi adlandırılmağa əsas namizəd olan gənc Murad İbrahimlidir. Hər iki şahmatçı 4 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıblar. 19 yaşlı şahmatçı dünən qara fiqurlarla çempionluğa əsas namizəd kimi göstərilən Nicat Məmmədovu məğlub edərək çempionluq uğrunda mübarizədə inamlı addım atmış oldu. Liderləri 3.5 xalla Aydın Süleymanlı, Pərviz Qasımov Misrətdin İsgəndərovdan ibarət trio izləyir. 

   Bu gün Bakı vaxtı ilə saat 14:00-da start götürəcək 6-cı turun qarşılaşmaları olduqca maraqlı keçəcəyi gözlənilir. Beləliklə son çempion Vasif Durarbəyli qara fiqurlarla çempionatın sürprizi Murad İbrahimli ilə qarşılaşacaq. Bundan əlavə Pərviz Qasımov-Misrətdin İsgəndərov və Aydın Süleymanlı-Eltac Səfərli arasında oynanılacaq partiyalar da turnir cədvəli baxımından olduqca böyük əhəmiyyətə malik olacaq.          Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən ölkə çempionatının birinci mərhələsi doqquz turdan ibarət olacaq. Doqquz turun sonunda ilk dörd yeri tutmuş şahmatçılar Pley-off mərhələsinə vəsiqə qazanacaqlar. İkioyunluq yarımfinalların sonunda qalib gələn şahmatçılar isə, ölkə çempionatının final matçına üz üzə gələcəklər. 
  Onu da qeyd edək ki, fevralın 17-dək davam edəcək ölkə çempionatı şahmat tariximizə ən yüksə mükafat fondu olan Azərbaycan çempionatı kimi düşəcək. Beləliklə, çempionatın ümumi mükafat fondu 22 000 manat təşkil edir.


Turnir cədvəli:

скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss