SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan çempionatı 2022: Vasif Durarbəyli vahid liderdir! (CANLI)

Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatında gərgin mübarizə davam edir.

CANLI

   Chess.az xəbər verir ki, dünən ölkə birinciliyinin altıncı turun oyunları keçirildi. Cari turdan sonra yarış cədvəlində ilk dəfə vahid lider müəyyənləşdi. Son Azərbaycan çempionu Vasif Durarbəyli çempionatın sürprizi olan gənc Murad İbrahimlini üstələyərək yarışın vahid lideri oldu. Aktivində 5 xalı olan Durarbəylini 4.5 xalla Aydın Süleymanlı, Misrətdin İsgəndərov cütlüyü izləyir.

   Bu gün Bakı vaxtı ilə saat 14:00-da çempionatın 7-cı turun qarşılaşmalarına start veriləcək. Turun mərkəzi oyunu Vasif Durarbəyli ilə Aydın Süleymanlı arasında oyanılacaq.  Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən ölkə çempionatının birinci mərhələsi doqquz turdan ibarət olacaq. Doqquz turun sonunda ilk dörd yeri tutmuş şahmatçılar Pley-off mərhələsinə (yarımfinala) vəsiqə qazanacaqlar. İkioyunluq yarımfinalların sonunda qalib gələn şahmatçılar isə, ölkə çempionatının final matçında üz üzə gələcəklər. 
  Onu da qeyd edək ki, fevralın 17-dək davam edəcək ölkə çempionatı şahmat tariximizə ən yüksə mükafat fondu olan Azərbaycan çempionatı kimi düşəcək. Beləliklə, çempionatın ümumi mükafat fondu 22 000 manat təşkil edir.




скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss