SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

Azərbaycan Çempionatı 2022: Bu gün çempionun adı məlum olacaq (CANLI)

Bu gün Bakı vaxtı ilə saat 12:00-da Naxçıvan şəhərində kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının final matçının cavab qarşılaşması start götürəcək.
 CANLI
   Dünən keçirilmiş finalın ilk partiyasında Məhəmməd Muradlı Misrətdin İsgəndərov üzərində inamlı qələbə qazanaraq karyerasında ikinci çempionluğuna bir addım yaxın kimi görünür. Amma kifayət qədər sürprizlərlə dolu keçən ölkə çempionatının həlledici matçında da sürpriz istisna olunmur. Məhz buna görə şahmat həvəskarları bu gün olduqca maraqlı mübarizənin şahidi olacaqlar. Qarşılaşma İsgəndərovun qələbəsi ilə nəticələnəcəyi halda, finalda qısa fasilədən sonra tay-brek oynanılacaq. Saat 12:00-da başlayacaq final partiya Chess24.com saytı vasitəsilə canlı yayımlanacaq. 

  Final matçı ilə parallel 3-4-cü yerlər uğrunda matç da keçirilir. Dünən baş tutan ilk partiyada Vasif Durarbəyli gənc Aydın Süleymanlını məğlub edib. Bu gün şahmatçılar cavab qarşılaşmasında üz-üzə gələcəklər.  
  Qeyd edək ki, bu gün başa çatacaq ölkə çempionatı şahmat tariximizə ən yüksə mükafat fondu olan Azərbaycan çempionatı kimi düşəcək. Beləliklə, çempionatın ümumi mükafat fondu 22 000 manat təşkil edir. Çempion adını qazanan şahmatçı isə 8 000 manat mükafatın sahibi olacaq. 
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss