SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"FİDE Grand Prix 2022" : Məmmədyarov yenə heç-heçə edib (CANLI)

Dünən Serbiyanın paytaxtı Belqradda "FİDE Grand Prix 2022" seriyasının ikinci mərhələsinin dördüncü turun oyunları keçirildi.
CANLI
 Chess.az xəbər verir ki, seriyada iştirak edən yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov dünən keçirilmiş  D qrupunun dördüncü turunda Çin şahmatçısı Yu Yanyi ilə növbəti dəfə heç-heçə edib. Qeyd edək ki, Məmmədyarov qrupda keçirdiyi bütün oyunları bərabərliklə başa vuraraq, hal-hazırda 2 xalla öz qrupunda ikinci pillədə qərarlaşıb. Qrupun lideri fransız Maksim Vaşye-Laqrafın aktivində isə 2.5 xalı var. Yarımfinala yalnız qrup qaliblərinin çıxacağını nəzərə alsaq, Məmmədyarovun qrupda qalan son iki oyunda işlərinin elə də asan olmayacağını görünür.  Bir günlük istirahətdən sonra, sabah yarışın 5-ci turun oyunları keçiriləcək. Martın 7-si Bakı vaxtı ilə saat 18:00-da start götürəcək 5-ci turda Məmmədyarov rusiyalı şahmatçı Aleksandr Predke ilə qarşılaşacaq. 
 Qeyd edək ki, cəmi üç mərhələdən ibarət olacaq seriyada ümumilikdə 24 şahmatçı mübarizə aparır. Hər  mərhələdə 16 şahmatçı iştirak edir. Hər bir şahmatçı seriyanın maksimum iki turnirində iştirak edə bilər. Seriyadakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov 2-ci və 3-cü mərhələlərdə mübarizə aparacaq. Qeyd edək ki, üç turnirin nəticələrinə əsasən ilk iki yeri tutan şahmatçı  iyun ayında İspaniyanın paytaxtı Madriddə keçiriləcək "İddiaçılar Turnirinə" vəsiqə qazanacaqlar. скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss