SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

15 şahmatçımız Avropa çempionatına yollanır (SİYAHI)

Martın 27-dən aprelin 6-dək Sloveniyada keçirilicək şahmat üzrə şəxsi Avropa çempionatında iştirak edəcək azərbaycanlı şahmatçıların yekun siyahısı məlum oldu.

 Chess.az xəbər verir ki, çempionatda şahmatçılarımızdan Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Vüqar Əsədli, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Abdulla Qədimbəyli, Murad İbrahimli, Read Səmədov, Gövhər Beydullayeva, Toğrul HəsənzadəŞahin Vəliyev mübarizə aparacaqlar. İsveçrə sistemi üzrə təşkil olunacaq yarış 11 turdan ibarət olacaq.
 Qitə birinciliyinin ümumi mükafat fondu isə 100 000 avro təşkil edəcək. Qalib 20 min avroluq mükafata sahib olacaq. Bundan əlavə, çempionatda ən yaxşı nəticə göstərən 23 idmançı, həmçinin ən yaxşı qadın oyunçu, gənc və yaşlı şahmatçılar üçün xüsusi mükafatlar da nəzərdə tutulub.
Qitə birinciliyinin nəticələrinə əsasən, 20 oyunçu 2023-cü ildə keçiriləcək Dünya kuboku yarışına vəsiqə qazanacaq.
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss