SON DƏQİQƏ:
  

logo

header-ad
header-ad
header-ad

"Fide Grand Prix 2022": Şəhriyarın "mənasız yarımfinal" şansı (CANLI)

Almaniyanın paytaxtı Berlində "FİDE Grand Prix 2022" seriyasının sonuncu mərhələsinin qrup mərhələsinə yekun vuruldu. 
CANLI
   Chess.az xəbər verir ki, dünənki partiyalardan sonra iyun ayında İspaniyanın paytaxtı Madriddə keçiriləcək "İddiaçılar Turnirinə" vəsiqə qazanacaq son iki şahmatçının adı məlum oldu. Öz qrupunda son üçü oyunu qələbə  ilə başa vuran amerikalı Hikaru Nakamura yarımfinala çıxmaqla artıq digər rəqibləri üçün əlçatmaz oldu. Eyni uğuru bu mərhələdə çıxış etməyən, lakin ilk iki mərhələdə 20 xal toplamağı bacaran macar Riçard Rapport da əldə etdi. Hazırki vəziyətə görə ümumi hesaba liderlik edən Rapportla Nakamura artıq Qran prinin son mərhələsinin nəticələrindən asılı olmayaraq "İddiaçılar Turnirinə" vəsiqələrini təmin ediblər. Bu isə o deməkdir ki, yarışın qalan hissəsində artıq heç bir intriqa qalmayıb. Qeyd edək ki, bu mərhələdə çıxış edən həmyerlimizi
 Şəhriyar Məmmədyarov öz qrupunda alman Visent Keymerlə eyni sayda xal toplamaqla, "B" qrupunda zirvəni bölüşüblər. İndi onlardan kimin yarımfinala çıxacağını bu gün baş tutacaq tay-brek həll edəcək. Amma bir daha xatırladaq ki, hər iki şahmatçı mərhələnin qalibi olsa belə artıq "İddiaçılar Turnirinə" yollanmaq arzuları reallaşmayacaq. 
  


   
скачать dle 12.1

twitter google+ youtube whatsapp gmail mail.ru instagram telegram vk skype line ok outlook onenote rss